Hazırda ölkədə çox sayda qeydiyyatsız evlər var. Prezident İlham Əliyev də göstəriş verib ki, qeydiyyatsız evlər qeydiyyata alınmalıdır.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Kim nə etməlidir bununla bağlı? BMT qətnamə qəbul etməlidir? Tapşırıq verilib, yerinə yetirilməlidir. Əksinə, onlar nə edirlər? Vətəndaşı qeydiyyatdan çıxarırlar. Sənədsiz evlərdə yaşayan insanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur. Elə adam var ki, nəvəsini artıq o evdən gəlin köçürüb, amma hələ oturduğu ev qeydiyyata alınmayıb. Bu adam 30 il o evdə yaşayıb, qız köçürüb, gəlin gətirib. Ölkədə 1 milyon sənədsiz ev var. Bu problem həll edilməli, həmin evlər qeydiyyata alınmalıdır. Bu həm də büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”, - deyə deputat vurğulayıb.