2018-ci ildə qanunvericiliyə dəyişikliklərlə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən sosial sığorta amnistiyası elan edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiya amnistiyasının neçə insana şamil olunması və ilə nə qədər vəsaitin güzəşt edildiyi ilə bağlı bildirib.
Qeyd edilib ki, 1 yanvar 2019-cu ildən yaşa görə, 1 mart 2019-cü ildən əlilliyə görə, 1 yanvar 2021-ci il tarixdən isə ailə başçısını itirməyəyə görə pensiyaların proaktiv qaydada aparılmasına start verilib.
"Bu zaman, yaşa görə pensiya təyinatı zamanı 1 yanvar 2006-cı il tarixə kimi 25 il sığorta stajının hədiyyə edilməsinə başlanıb.
Ötən il pensiyaçılara növbəti humanist yanaşma edilərək, qanunvericiliyə müvafiq dəyişikliklərlə bu amnistiya müddəti 1 yanvar 2026-cı ilə kimi uzadılıb. Onu da qeyd edək ki, proaktiv pensiya təyinatına başlanılan ilk gündən 1 noyabr 2023-cü il tarixinə kimi ölkəmizdə ümumilikdə 90 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilərək onlara bu barədə məlumat bildirişi (sms, email və s.) göndərilmişdir", - deyə əlavə edilib.
Xatırladaq ki, Milli Məclis 2022-ci il dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib. (trend)