Xəzər Xəbər

Bakıda mənzildən meyit TAPILDI

Cəmiyyət | 08:46 • 13 Noyabr 2023
Bakıda mənzildən meyit

Paytaxtda evdən meyit tapılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar