Xəzər Xəbər

Moskva vilayətində cinayət törədən şəxsi zərərləşdirən həmvətənimizə mənzil verilib

Cəmiyyət | 15:03 • 10 Noyabr 2023
Moskva vilayətində cinayət törədən şəxsi zərərləşdirən həmvətənimizə mənzil verilib

Moskva vilayətinin Lyubertsi şəhərində cinayət törədən şəxsin saxlanmasına kömək etmiş həmvətənimiz Müqabil Babayevə mənzil verilib.

Xezrexeber.az xəbər verir ki, Lyubertsi şəhərinin başçısı Vladimir Volkov Müqabil Babayevə mənzilin orderini təqdim edib. “Siz əsl kişi kimi hərəkət etmisiniz. Bilirəm ki, mənzil növbəsinə yazılmısınız. Sizə Zenino mikrorayonunda mənzilin orderini təqdim edirəm. Siz çoxları üçün nümunəsiniz”, - deyə V.Volkov bildirib.

Xatırladaq ki, noyabrın 8-də Lyubertsidə Roman Kontselidze adlı şəxs küçədə bir qadını, uşağı, daha sonra 14 yaşlı yeniyetməni bıçaqla yaralayıb. Hadisənin şahidi olan soydaşımız Müqabil Babayev şəxsi avtomobili ilə küçədə qeyri-adekvat vəziyyətdə olan R.Kontselidzeni bilərəkdən vuraraq zərərsizləşdirməyə kömək edib. Bundan sonra hüquq-mühafizə orqanlarının nümayəndələri R.Kontselidzeni saxlaya biliblər. R.Kontselidzenin ruhi xəstə olduğu müəyyənləşib.

Xəbər lenti

Kahramanmaraşda zəlzələ olub
16:31 • 19 Oktyabr 2024