Xəzər Xəbər

Deputat: Ünvanlı sosial yardımları daim vermək olmaz

Cəmiyyət | 12:54 • 6 Noyabr 2023
Deputat: Ünvanlı sosial yardımları daim vermək olmaz

Ünvanlı sosial yardımları daim vermək olmaz. Bir il verilir, sonra gərək həmin adamlar işləsin.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

"Adamları ələbaxımlı öyrədə bilmərik. Bu vəsait yarım milyarda gəlib çatıb. Bu gün sosial yardıma ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.

Xəbər lenti

Çox oxunanlar