Xəzər Xəbər

Xaçatryanın cinayət məsuliyyətini yüngülləşdirən hallar yoxdur

Cəmiyyət | 12:16 • 6 Noyabr 2023
Xaçatryanın cinayət məsuliyyətini yüngülləşdirən hallar yoxdur

Təqsirləndirilən şəxs Xaçatryan Vaqif Çerkezinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən hallar yoxdur.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayev proses iştirakçılarını Xaçatryan Vaqif Çerkezinin məhkəmə ekspertiza rəyləri barədə məlumatlandırarkən deyib.

Həmçinin qeyd olunub ki, məhkəmə portretşünaslıq ekspertizasının rəyinə əsasən, tədqiqata təqdim olunmuş fotogörüntüdə əks olunmuş və şərti olaraq 1, 2, 3 rəqəmləri ilə işarələnmiş fotoşəkillərdəki hərbi və mülki geyimdə olan kişi cinsli şəxsin xarici görünüş elementləri və əlamətləri keyfiyyətli, tam və aydın əks olunduğundan eyniləşdirmə tədqiqatı üçün yararlıdır. Tədqiqata təqdim edilmiş fotogörüntüdə əks olunmuş və şərti olaraq rəqəmlərlə işarələnmiş hərbi və mülki geyimdə olan şəxslərin fotoşəkillərində və müqayisəli material qismində təqdim edilmiş Vaqif Xaçatryana dair fotoşəkillərdə eyni bir şəxs əks olunub.

Xəbər lenti