Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Xezerxeber.az Hacıqabul rayon Prokurorluğuna istinadən məlumat verir ki, “Hacıqabul rayon mərkəzi xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.
Hazırda iş üzrə istintaq davam edir.