Xəzər Xəbər

İşsizlərə İcbari Tibbi Sığortadan istifadə ilə bağlı YENİ AÇIQLAMA

Cəmiyyət | 18:00 • 3 Noyabr 2023
İşsizlərə İcbari Tibbi Sığortadan istifadə ilə bağlı

"Tibbi Sığorta haqqında" Qanuna əsasən, heç bir yerdə əmək və ya mülki müqavilə əsasında işləməyən, eləcə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2024-cü il yanvarın 1-dək icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, qanunda dəyişiklik olduğu halda bu barədə ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla, digər şəxslər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etmək mümkündür. Vətəndaş tibbi xidmətə ehtiyacı yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər. (trend)

Xəbər lenti