Xəzər Xəbər

Oktyabrda 6 nəfər zəhərlənmədən vəfat edib

Cəmiyyət | 13:14 • 2 Noyabr 2023
Oktyabrda 6 nəfər zəhərlənmədən vəfat edib

Oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 128 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, onlardan 53-ü kişi, 47-si qadın, 28-i isə uşaq olub.

Qəbul olunan xəstələrdən 64-i dərmandan, 24-sı sirkə turşusundan, 8-si göbələkdən, 14-ü etanoldan, 7-si dəm qazından zəhərlənib.
Digərlərindən 3-ü allergik reaksiyadan, 1-i isə botulizm, 4-ü anaflaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 3 nəfəri ilan sancıb.

Qeyd edilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 6-sı dünyasını dəyişib. Onlardan 5-i kişi, 1-i qadın olub.

Xəbər lenti