Xəzər Xəbər

Ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq - Nazir

Cəmiyyət | 12:51 • 2 Noyabr 2023
Ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq - Nazir

Səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib.

Xezerxeber.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, "Dərman vasitələri haqqında" Qanunun tətbiqi ilə bağlı dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

"Hər kəsi səbirli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticədə ölkəyə yüksəkkeyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq",- deyə T.Musayev bildirib.

Xəbər lenti

Çox oxunanlar