Xəzər Xəbər

Akkreditasiyadan keçməyən üç universitetin fəaliyyəti yenidən yoxlanılacaq

Cəmiyyət | 11:06 • 2 Noyabr 2023
Akkreditasiyadan keçməyən üç universitetin fəaliyyəti yenidən yoxlanılacaq

Cari ildə 13 ali təhsil müəssisəsinin akkreditasiya qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub, onlardan 10-da bu proses yekunlaşıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, digər üç ali təhsil müəssisəsində (“ADA” Universiteti, ATU, BMU) isə akkreditasiya prosesi davam edir.

"Akkreditasiya prosesi yekunlaşan ali təhsil müəssisələrindən yeddisinin nəticələri (AzTU, BDU, UNEC, ADPU, LDU, AzMİU, Xəzər Universiteti) Akkreditasiya Şurası tərəfindən “əsasən uyğundur” hesab edilərək növbəti 5 il üçün akkreditə olunub. SDU, BDU Qazax filialı və ADİU Zaqatala filialının qiymətləndirmə nəticələri Akkreditasiya Şurası tərəfindən “qismən uyğundur”, “uyğun deyil” hesab edilərək bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib", - deyə bildirilib.

Xəbər lenti

Çox oxunanlar