Xəzər Xəbər

Sumqayıtda evə hücum edən şəxsin SİLAHLA FOTOSU YAYILDI

Cəmiyyət | 11:52 • 30 Oktyabr 2023
Sumqayıtda evə hücum edən şəxsin SİLAHLA

Sumqayıtın Corat qəsəbəsində fərdi yaşayış evinə basqın edərək 2 nəfəri qətlə yetirməkdə, daha 4 nəfərə ağır xəsarət yetirməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

M.Tağıyev hadisə yerinə gedərkən kameraya düşüb və həmin görüntülər cinayətin açılmasında əhəmiyyətli rol oynayıb. Belə ki, hadisə sutkanın qaranlıq vaxtı baş verdiyindən M.Tağıyevi demək olar ki, görən olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların özünə gəlməsini və onlara atəş açan şəxsin kamera görüntüləri ilə tanış olmasını gözləyib. Bu zaman hadisə yerinə ilk gələnlərdən olan və atası ilə birgə xəsarət alan polis sahə müvəkkili Etibar Sarıyev Müşfiq Tağıyevi tanıyıb. O, kameradakı şəxsin həmin məhəllədə bir qədər aralıdakı evdə yaşadığını deyib. (qafqazinfo)

Xəbər lenti