Xəzər Xəbər

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" AŞKARLANDI

Cəmiyyət | 09:04 • 30 Oktyabr 2023
Lerikdə paytaxt sakinindən "Kalaşnikov"

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" avtomatı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun cənub bürosunun verdiyi məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb.

Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir

Xəbər lenti