Xəzər Xəbər

Sumqayıtda evə silahlı basqın edən şəxs SAXLANILDI

Cəmiyyət | 08:33 • 30 Oktyabr 2023
Sumqayıtda evə silahlı basqın edən şəxs

Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

Ailə yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib.

Ailənin bildirdiyinə görə hadisədən sonra pul evdə tapılmayıb.

Hadisənin tamah məqsədi ilə törədildiyi ehtimal edilir.

Xatırladaq ki, okytabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb

Xəbər lenti

Çox oxunanlar