Xəzər Xəbər

Gömrükçülərdən GÜMÜŞ ƏMƏLİYYATI FOTO

Cəmiyyət | 16:00 • 28 Oktyabr 2023
Gömrükçülərdən GÜMÜŞ ƏMƏLİYYATI

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib.

Xezerxeber.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin müxtəlif yerlərindən 10 ədəd külçə formasında 999,9 əyarlı, ümumi çəkisi 22,55 kq olan gümüş aşkar edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar