Xəzər Xəbər

Gəncədə küçəyə atılan azyaşlılardan XƏBƏR VAR AÇIQLAMA

Cəmiyyət | 15:30 • 27 Oktyabr 2023
Gəncədə küçəyə atılan azyaşlılardan XƏBƏR VAR

Gəncədə nənənin küçəyə atdığı və Bakıdakı 1 saylı körpələr evinə yerləşdirilən iki azyaşlı Kliniki Tibbi Mərkəzin (KTM) tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasında müayinədən keçiriliblər.

Mərkəzdən bildirilib ki, 2021-ci il təvəllüdlü Miriyusif Cəlilov və bacısı, 2023-cü il təvəllüdlü Mələyə kəskin respirator virus infeksiyası diaqnozu qoyulub.

Bildirilib ki, onların vəziyyətləri kafidir.

Qeyd edək ki, oktyabrın 21-də səhər saatlarında Gəncədə yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini İH inzibati binasının qarşısında tərk edib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İH əməkdaşlarına verib. Uşaqlar Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdirilib.Bundan sonra məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilib. Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində körpələr evinə yerləşdiriliblər. (trend)

Xəbər lenti