Xəzər Xəbər

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı artdı

Cəmiyyət | 09:37 • 26 Oktyabr 2023
Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı artdı

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.

Xezerxeber.az bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Xatırladaq ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub: "Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Qeyd edək ki, oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

Xəbər lenti