Xəzər Xəbər

Şagirdlərin elektron yerdəyişməsinə başlanıb

Cəmiyyət | 15:04 • 23 Oktyabr 2023
Şagirdlərin elektron yerdəyişməsinə başlanıb

Bu gün saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilib.

Elm və Təhsil Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. 

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23–31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

Xəbər lenti

Çox oxunanlar