Xəzər Xəbər

İlk ödənişli yolun GORÜNTÜLƏRİ FOTO

Cəmiyyət | 09:00 • 21 Oktyabr 2023
İlk ödənişli yolun GORÜNTÜLƏRİ
Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışı olub.

Trend İlk ödənişli yolumuzdan fotoları təqdim edir:

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib.

Onu da qeyd edək ki, Tarif Şurasının qərarı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.

Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək.

Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Xəbər lenti

Çox oxunanlar