Xəzər Xəbər

Sürücülərin nəzərinə: Cavanşir yolötürücüsündə hərəkət tam məhdudlaşdırılacaq

Cəmiyyət | 14:16 • 19 Oktyabr 2023
Sürücülərin nəzərinə: Cavanşir yolötürücüsündə hərəkət tam məhdudlaşdırılacaq

Bakı şəhəri, Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər (15 dəq.) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilirb ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələri xahiş olunur.

Xəbər lenti

Çox oxunanlar