Xəzər Xəbər

Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

Cəmiyyət | 12:43 • 17 Oktyabr 2023
Bakının üç rayonunun qaz təchizatında fasilə yaranacaq

“Bakı Metropoliteni” QSC-yə məxsus “Xocəsən” elektrik Deposunun qazlaşdırılması həyata keçiriləcək.

“Azəriqaz” İstehsalat Birliyindən Xezerxeber.az-a verilən məlumata görə, Deponun qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyi olaraq “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 26-cı km hissəsində qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 18.10.2023-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Xocasən”, “Alatava” və “Sulutəpə” QPS-lərdən, həmçinin “Fərəh MMC” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Nəsimi, Binəqədi (bir hissəsi) və Qaradağ (kiçik bir hissəsi) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Çox oxunanlar