2023-cü ilin yanvar-sentyabr ayları ərzində Gürcüstan 36 Azərbaycan vətəndaşını deportasiya edib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə isə 4 Azərbaycan vətəndaşı ölkədən çıxarılıb. Gürcüstanda deportasiya edilən Azərbaycan vətəndaşlarından 17-si yetkinlik yaşına çatmayanlar olub.
Gürcüstan bu il ümumilikdə 154 əcnəbini deportasiya edib. (APA)