Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 kilometr/saat azaldılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Qeyd olunub ki, aeroport şosesində isə məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.