Xəzər Xəbər

Ölkə ərazisində müşahidə edilən hava şəraiti açıqlanıb

Cəmiyyət | 09:14 • 17 Oktyabr 2023
Ölkə ərazisində müşahidə edilən hava şəraiti açıqlanıb

Oktyabrın 17-si saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb, Şahdağda qar yağıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı: Ordubad, Lerik, Şahdağ, Culfa, Zərdab, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, İsmayıllı, Qobustan, Xaltan, Göyçay, Beyləqan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Şahbuzda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Qar örtüyü Şahdağda 2 sm olub.

Qrız, Göygöl, Şamaxı, Lerikdə duman müşahidə olunub.

Qərb küləyi arabir Naxçıvanda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlvəzdə 16 m/s-dək güclənib.

Xəbər lenti

Çox oxunanlar