Xəzər Xəbər

Bakının bir rayonunda qaz olmayacaq

Cəmiyyət | 20:43 • 16 Oktyabr 2023
Bakının bir rayonunda qaz olmayacaq
“Xırdalan” QPS-də “BMSK(Xırdalan QRS)” ölçü qovşağı üzərində quraşdırılmış əhali kollektorunda görüləcək təmir işləri ilə bağlı adıçəkilən kollektordan 17.10.2023-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Vulkan, 1 May yaşayış massivlərinin, Binəqədi və Biləcəri qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Çox oxunanlar