Xəzər Xəbər

Gələn il məktəbəqədər təhsil xərcləri 50 milyona yaxın ARTIRILIR

Cəmiyyət | 14:18 • 16 Oktyabr 2023
Gələn il məktəbəqədər təhsil xərcləri 50 milyona yaxın

2024-cü il Azərbaycanda dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri artırılır.

Xezerxeber.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Layihəyə əsasən, gələn il məktəbəqədər təhsil xərcləri 453 018 349 manat təşkil edəcək. Bu göstərici 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11.9% və ya 48 182 248 manat çoxdur.

Qeyd edək ki, 2023-cü ilin təsdiq edilmiş dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri 404 836 101 manat proqnozlaşdırılıb.

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024