Xəzər Xəbər

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət | 12:31 • 14 Oktyabr 2023
Sabahın hava proqnozu açıqlanıb

Oktyabrın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologi Media ya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 %olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024