Xəzər Xəbər

Azərbaycanda 200 minə yaxın şəxs ailə başçısını itirməyə görə pensiya alır

Cəmiyyət | 14:11 • 13 Oktyabr 2023
Azərbaycanda 200 minə yaxın şəxs ailə başçısını itirməyə görə pensiya alır

Xüsusi güzəştli təbəqələrimiz - hərbçilərimiz, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü hazırda 18 ildir. On səkkiz il pensiya dövrü dünyada ən uzunmüddətli pensiya dövrlərindən biri hesab olunur. Dediyimiz rəqəmlər faktiki olaraq bir milyon yüz min pensiyaçımızın arasında olan rəqəmlərdir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində keçirilən “Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, pensiya sistemimizin üçdəbir hissəsi ailə başçısını itirməyə görə pensiyadır. O da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır. Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni, o kapital heç bir yerə itmir, əmək qabiliyyəti məhdud şəxslərin pensiyasının ödənilməsinə gedir.

Xəbər lenti

Çox oxunanlar