Xəzər Xəbər

Naxçıvanda avtobus marşrutlarında nağdsız ödəniş sisteminə keçilir

Cəmiyyət | 13:27 • 13 Oktyabr 2023
Naxçıvanda avtobus marşrutlarında nağdsız ödəniş sisteminə keçilir

Naxçıvanda bütün marşrut xəttlərində nağdsız ödəniş sisteminə keçiləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib. O qeyd edib ki, Naxçıvan MR-da qarşıda duran əsas məsələ nağdsız ödənişlərin inkişaf etdirilməsidir. 

"Mərkəzi Bankın razılığı və tapşırığı əsasında ictimai nəqliyyatın nağdsız ödənişə keçilməsi istiqamətində işlərə başlanıb. Pilot layihə olaraq Naxçıvan şəhərində bir avtobusda nağdsız ödəniş həyata keçirilir. Bir neçə banka təkliflər verməsi üçün müraciət edilmişdi. "Azər-Türk" Bank tərəfindən təqdim edilən layihə bəyənilib və tətbiqinə başlanılıb. 2 manata kart alınan zaman onun 1 manatı hesaba oturur. Lakin istənilən bank kartı, pensiya kartı, xarici bank kartı ilə də ödəniş edilə bilər" - Elçin Əliyev əlavə edib.

E.Əliyev əlavə edib ki, növbəti mərhələdə nağdsız ödənişlərin taksilərdə tətbiq edilməsi nəzərdə tutulub.

Xəbər lenti