Xəzər Xəbər

Bu gün üç rayonun qaz təchizatında fasilə yaranacaq

Cəmiyyət | 09:10 • 13 Oktyabr 2023
Bu gün üç rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün Qaradağ, Binəqədi və Abşeron rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Pirəkəşkül” Qaz Paylayıcı Stansiyalarında separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar oktyabrın 13-də saat 09:30-dan işlər başa çatanadək “Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti