Xəzər Xəbər

Axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

Cəmiyyət | 17:20 • 12 Oktyabr 2023
Axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Cavadov Səfər Azər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukraynanın səlahiyyətli orqanları tərəfindən təmin edilib. 

Səfər Cavadovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Oktyabrın 12-də S.Cavadov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan ölkəmizə gətirilib.

Xəbər lenti

Çox oxunanlar