Xəzər Xəbər

Bakıda bir ailənin beş üzvü itkin düşüb

Polis araşdırma aparır
Cəmiyyət | 09:37 • 11 Oktyabr 2023
Bakıda bir ailənin beş üzvü itkin düşüb

Bakının Sabunçu rayonunda ana və dörd uşağı itkin düşüb.

Xezerxeber.az xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə 14-cü Polis şöbəsinə müraciət edib. 

A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan arvadı, 1991-ci il təvəllüdlü Q.Salamzadə övladları - 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.

Araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar