Xəzər Xəbər

Son 1 həftədə 361 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb OPERATİV QƏRARGAH

Cəmiyyət | 09:44 • 10 Oktyabr 2023
Son 1 həftədə 361 nəfər COVID-19-a yoluxub, 5 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (02.10.2023-08.10.2023) 361 yeni yoluxma faktı qeydə alınıb, 359 nəfər müalicə olunaraq sağalıb.

Xezerxeber.az Nazirlər Kabineti yanında Operativ Qərargahına istinadən məlumat verir ki, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 833 550 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 843 nəfər müalicə olunaraq sağalıb, 10 337 nəfər vəfat edib, aktiv xəstə sayı 370 nəfərdir.

Ölkədə son həftə ərzində 4 280, hazırkı dövrədək isə 7 692 353 test aparılıb.

Xəbər lenti