Xəzər Xəbər

Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb

Cəmiyyət | 14:41 • 9 Oktyabr 2023
Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 14:00-a olan məlumatına əsasən, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Xezerxeber.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Xəbər lenti

Çox oxunanlar