Xəzər Xəbər

AZAL-ın İsrailə gedən və ya qayıdan sərnişinləri biletləri cəriməsiz qaytara bilərlər

Cəmiyyət | 14:07 • 9 Oktyabr 2023
AZAL-ın İsrailə gedən və ya qayıdan sərnişinləri biletləri cəriməsiz qaytara bilərlər

AZAL aviaşirkətinin İsrailə gedən və ya İsraildən gələn reyslərinin sərnişinlərinə cəriməsiz biletin qiymətini tam şəkildə geri qaytarmağa və ya pulsuz yenidən rezervasiyasına icazə verilir.

AZAL-dan Xezerxeber.az-a verilən məlumata görə, İsraildə mövcud fövqəladə vəziyyət səbəbindən aviaşirkətin xidmətlərindən istifadə edə bilməyən sərnişinlərə qeyd olunan icazələr verilir.

Xəbər lenti