Xəzər Xəbər

AZAL Bakıdan Təl - Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir

Cəmiyyət | 18:45 • 8 Oktyabr 2023
AZAL Bakıdan Təl - Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir

Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumat verilib. 

Qeyd olunub ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.

"Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.

Əlavə məlumat əldə etmək üçün sərnişinlərə callcenter@azal.az elektron ünvanı vasitəsilə "Azərbaycan Hava Yolları"nın çağrı mərkəzinə müraciət etmələri tövsiyə olunur" - məlumatda bildirilir.

Xəbər lenti

Çox oxunanlar