Xəzər Xəbər

Antiterror tədbirlərində ağır yaralanan Polis əməkdaşı ŞƏHİD OLDU FOTO

Cəmiyyət | 12:03 • 6 Oktyabr 2023
Antiterror tədbirlərində ağır yaralanan Polis əməkdaşı ŞƏHİD OLDU

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub.

Xezerxeber.az xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib.

Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq.

Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibəsində də iştirak edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər lenti

Çox oxunanlar