Xəzər Xəbər

Azərbaycanın elektron su xəritəsi hazırlanıb

Cəmiyyət | 16:00 • 5 Oktyabr 2023
Azərbaycanın elektron su xəritəsi hazırlanıb

Azərbaycanda bütün su ehtiyatları və su obyektləri haqqında ümumi məlumatı əks etdirən elektron su xəritəsi hazırlanıb.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya və Kartoqrafiya publik hüquqi şəxsin darə heyətinin sədri Nazim İsmayılov deyib.

O qeyd edib ki, xəritə sayəsində suya aid olan bütün parametrləri xəritə üzərində əks etdirməklə məlumat almaq mümkündür.

O bildirib ki, bu xəritə vasitəsilə hansı ərazilərdə subasma olacağı barədə əvvəlcədən məlumat əldə etmək mümkün olacaq: "Əvvəllər bu, lokal şəkildə olub. İndi isə idarəolunan şəkildədir. Bu xəritə əvvəlcədən analizlərin aparılmasına imkan verir".

Xəbər lenti

Çox oxunanlar