Xəzər Xəbər

Sentyabr ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

Cəmiyyət | 10:33 • 5 Oktyabr 2023
Sentyabr ayında Bakı metrosundan 18 milyondan çox sərnişin istifadə edib

Sentyabr ayında Bakı Metropolitenindən 18 milyon 343 min 214 sərnişin və yaxud gün ərzində orta hesabla 611 min 440 sərnişin istifadə edib.

Metropolitendən Xezerxeber.az-a bildirilib ki, ən çox sərnişin sentyabr ayının 19-da (768 min 655), ən az isə ayın 3-də (355 min 508) daşınıb. COVID-19 pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5,6 faiz az, həmçinin 2022-ci ilin eyni ayına nəzərən 0,1 faiz çox və yaxud 7 min 97 nəfər artıq sərnişin metropolitenə daxil olub.

Bu ilin 9 ayında metropolitenin daşıdığı sərnişin sayı 156 milyon 790 min 534 sərnişin təşkil edib. Bu, 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə, müvafiq olaraq, 7,6 faiz az və 6,9 faiz çox deməkdir.

Xəbər lenti