Xəzər Xəbər

Bakıda təkərlə “ölüm oyunu” oynayanlar saxlanıldı FOTO

Cəmiyyət | 09:01 • 5 Oktyabr 2023
Bakıda təkərlə “ölüm oyunu” oynayanlar saxlanıldı

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər. Həmin əməli törədən şəxslər – 2006-cı il təvəllüdlü Həsənov Sədrəddin və 2007-ci il təvəllüdlü Hüseynli Pünhan saxlanılaraq polis orqanına gətiriliblər. 

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.

Xəbər lenti