Xəzər Xəbər

Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağıb Faktiki hava

Cəmiyyət | 21:25 • 4 Oktyabr 2023
Bəzi yerlərdə yağış, Şahdağda isə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 4-nə olan məlumatına əsasən, Daşkəsəndə, Gədəbəydə, Gəncədə, Şəmkirdə, Ceyrançöldə, Balakəndə, Qəbələdə, Zaqatalada, Yevlaxda, Göyçayda, Sabirabadda, Lənkəranda, Astarada, Şəkidə, Qaxda, İsmayıllıda, Qobustanda, Qusarda, Xaltanda, Qrızda, Bakıda və Abşeron yarımadasında arabir yağış, Şahdağda isə qar yağıb.

Xidmətdən Xezerxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.

Xəbər lenti

Çox oxunanlar