Xəzər Xəbər

Sabah Bakıda LEYSAN YAĞACAQ

Cəmiyyət | 13:27 • 4 Oktyabr 2023
Sabah Bakıda

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Xezerxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, yarımadanın bəzi yerlərində leysan olacağı, şimşək çaxacağı ehtimalı var.

Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 14-17°, gündüz 18-23° olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-85%, gündüz 55-65% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq.
Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18°, gündüz 18-23°, dağlarda gecə 2-7°, gündüz 7-12° olacaq.

Xəbər lenti

Çox oxunanlar