Cari ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən Ünvanlı Dövlət Sosial Yardımın (ÜDSY) məbləği 26,9 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, ötən ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 376,8 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 478,4 manat təşkil edib.