Xəzər Xəbər

Bakı bulvarının uzadılması planlaşdırılır

Cəmiyyət | 12:51 • 30 Sentyabr 2023
Bakı bulvarının uzadılması planlaşdırılır

İqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir.

Xezerxeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

Nazir Bakı şəhərinin yaşıllıqlarının xeyli artırılacağını deyib: "Həmçinin Bakı bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər, yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq".

Xəbər lenti

Çox oxunanlar