Riad Əhmədovun axtarışları ilə dövlətimiz hər zaman məşğul olub. Riadın tapılması istiqamətində müxtəlif vaxtlarda Ermənistanın siyasi rəhbərliyi ilə danışıqlar olub. Lakin bu danışıqlar heç bir nəticə verməyib.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov ilə keçirilən vida mərasimində Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov söyləyib.
O deyib ki, Vətən müharibəsindən sonra Şuşa və Daşaltı ətrafında Milli Qəhrəmanın axtarışları davam etdirilib. Axtarışlar nəticəsində xeyli şəhidlərimizin nəşi tapılıb.
“Biz 9-u hərbçi, 1-i mülki şəxs olmaqla daha 10 vətəndaşımızın meyit qalıqlarının eyniləşdirilməsinə nail olduq. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov idi”, - deyə Ş. Həsənov rəis müavini bildirib.
O qeyd edib ki, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkinimiz olub, onların tapılması istiqamətində axtarışlar davam etdirilir.