Xəzər Xəbər

Qənirə Paşayeva ilə vida mərasimi keçirilir

Cəmiyyət | 09:54 • 29 Sentyabr 2023
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir

Bakıda, Heydər məscidində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.

Xezerxeber.az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və yaxınları iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra mərhum ll Fəxri xiyabanda dəfn ediləcək. 

Xatırladaq ki, 23 sentyabrda səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən deputat 4 gün komada qaldıqdan sonra dünən axşam saatlarında vəfat edib.

Qənirə Paşayeva Milli Məclisin 3, 4, 5 və 6-cı çağırış üzrə deputatı olub.

Xəbər lenti

Çox oxunanlar