Xəzər Xəbər

Təhsil İnstitutunun direktoru vəzifəsi bu şəxsə həvalə olundu FOTO

Cəmiyyət | 16:48 • 27 Sentyabr 2023
Təhsil İnstitutunun direktoru vəzifəsi bu şəxsə həvalə olundu

Təhsil İnstitutuna direktor səlahiyyətlərini icra edən şəxs təyin edilib.

Xezerxeber.az Elm və Təhsil Nazirliyinə istinadən bildirir ki, bu vəzifə Elnur Əliyevə həvalə edilib.

Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır.

Xatırladaq ki, bir müddət əvvəl Təhsil İnstitutunun keçmiş direktoru Rüfət Əzizov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.

Xəbər lenti

Çox oxunanlar