Xəzər Xəbər

Qənirə Paşayevanın müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb

Cəmiyyət | 11:51 • 25 Sentyabr 2023
Qənirə Paşayevanın müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazimi məsləhətlər verilib.

“Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyə Cümhuriyyətinin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır,” – deyə məlumatda bildirilir.

Xatırladaq ki, sentyabr ayının 23-ü millət vəkili Paşayeva Qənirə Ələsgər qızı septiki şok vəziyyətində Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Xəbər lenti