Xəzər Xəbər

Sürücülərə YENİ MÜRACİƏT ÇARX

Cəmiyyət | 11:41 • 18 Sentyabr 2023
Sürücülərə YENİ MÜRACİƏT

Aparılan maarifləndirmə tədbirləri öz effektini verir. Yeni tədris ilinin ilk günündə paytaxt ərazisində təhsil ocaqlarının yaxınlığında və yollarda vəziyyət nisbətən yaxşılığa doğru dəyişib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

"Belə ki, bu il sentyabrın 15-də məktəb və universitetlərin yaxınlığında, eləcə də yollarda sıxlıq əvvəlki illərlə müqayisədə az olub. Təhsil müəssisələrinin yaxınlığında yol polisi əməkdaşları tərəfindən də görülən tədbirlərlə övladlarını təhsil ocaqlarına aparan vətəndaşların rahat gediş-gəlişi təmin edilib", məlumatda deyilir.

NİİM təbliğat tədbirlərinin davamı olaraq şagirdləri məktəblərə aparan sürücülər üçün hazırladığı marifləndirici videoçarxı təqdim edib.

Xəbər lenti