Xəzər Xəbər

Pensiya yaşının artırılması İDDİASINA YENİ AÇIQLAMA

Cəmiyyət | 16:53 • 15 Sentyabr 2023
Pensiya yaşının artırılması İDDİASINA

Avropa İttifaqında pensiya yaşının artırılması ilə bağlı müzakirələr aparılır.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

O qeyd edib ki, Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı rəsmi müzakirələr aparılmayıb.

"Düzdür, sosial şəbəkələrdə və mediada buunla bağlı müəyyən mülahizələr var, amma təbii ki, biz indiki halda pensiya yaşının artırılmasını məqsədə uyğun hesab etmirik. Əslində bizim təklifimiz ondan ibarət idi ki, qadınlar və kişilərin pensiya yaşı arasında fərq yaransın. Çünki bu həm də ona görə vacibdir ki, bir sıra inkişaf etmiş ölkələrdə qadınlar kişilərdən daha tez pensiyaya çıxmaq hüququ əldə edirlər.

Biz də təklif edirik ki, oxşar praktika Azərbaycanda da tətbiq olunsun. Amma indiki halda pensiya yaşını artırılması deyil, pensiya kapitaldan daha səmərli istifadə edilməsi, orta pensiya kapitalının qanunvericiliyən gətirilməsi istiqamətində genişlənmə olması daha məqsədəuyğundur", - deyə V.bayramov əlavə edib. (trend)

Xəbər lenti

Çox oxunanlar